Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar müxtəlif dövlət, özəl və ictimai qurumlarla münasibətlər zəminində onlara məxsus olan məlumatları istər-istəməz kimlərəsə verməli və yaxud kimlərinsə həmin məlumatlardan istifadə etməsinə şərait yaratmalı olurlar. Bəs bu məlumatlardan digər məqsədlərlə istifadə oluna bilər? “Report” mövzunu araşdırıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyir […]
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliklə qanunun 1-ci maddəsinin birinci hissəsi üzrə aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilib: “himayədar valideyn (himayədar ailə) – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları […]
İtaliyalı aktrisa Sandra Milo 90 yaşında vəfat edib. Məşhur kinorejissor Federiko Fellininin muzası adlandırılan aktrisa məşhur “Səkkiz yarım” (“Otto e mezzo”, 1963) və “Cülyetta və ruhlar” (“Giulietta degli spiriti”, 1965) filmlərində rol alıb. Milo, həmçinin, italyan neorealizminin digər böyük rejissorları ilə, o cümlədən onun qurucusu Roberto Rossellini ilə işləyib. Ümumilikdə onun 100-dən çox rolu var. […]