Avrokubklarda qrup mərhələsinin II tur oyunlarından sonra UEFA-nın ölkələr üçün yeni reytinq cədvəli açıqlanıb. Oxu.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasında İsveçin “Hakken” klubuna 1:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın reytinqinə daha 0,500 əmsal əlavə edib. Bununla ölkənin ümumi əmsallarının sayı 17,875-ə çatıb. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstana yaxınlaşıb. Hazırda ölkəmiz […]
Bakının bir sıra ərazilərində içməli suyun təminatında problem olacaq. Bununla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Facebook”da məlumat verib. Qurum rəsmisi bildirib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun “Şıxov”, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb. A.Cəbrayıllı həmçinin vurğulayıb ki, qəza briqadaları hadisə yerində işləyir. […]
Kənd Təsərrüfatı Nazirliyi iyulun 22-23-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirəcək. Nazirlikdən bildirilib ki, yarmarka Bakının Nərimanov rayonunda – Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) keçiriləcək. Yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkanın təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, […]