Naxçıvanda üç qurum ləğv olunub. “Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb. Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu ləğv edilib. Xeberal.az
Bakıda vətəndaş həyətindən keçən qaz xəttinin yerinin dəyişdirilməsinə nail ola bilmir. Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, döngə 3 ev 18-də yaşayan Aynur Heydərovadan gedir. Doqquz ildir bu ünvanda yaşayan I qrup əlil illər əvvəl hasarını önə çəkib. Bu səbəbdən də əvvəldən çəkilən qaz borusu onun həyətində qalıb. Bizim.Media-ya problemi ilə bağlı gileylənən […]
Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrini açmaq üçün yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun görüşü baş tuta bilər. TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. “Qurumlararası formatda Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə ilk görüşü yaxın gələcəkdə keçirməyə hazırlaşırıq”, – deyə nazirlikdən bildirilib. […]