Bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M. Səfərəliyevin idarə etdiyi VAZ markalı və vətəndaş R. Bəşirovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən xəbərə görə, nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Rayon Polis Şöbəsində araşdırmalar […]
“İranın Azərbaycana qarşı siyasəti son iki ildə formalaşmayıb. Tehran 44 günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etməyə çalışıb, ərazilərini Ermənistana silah tədarükü üçün açmışdı. Üstəlik, onlar Vətən müharibəsindən sonra da ermənilərə yanacaq tədarükündən tutmuş siyasi dəstəyə qədər yardım göstəriblər. Amma unutmamalıyıq ki, Tehranın bu yanaşmasını müstəqillik əldə etdiyimiz ilk gündən görürük. İran […]
26 yaşı tamam olan Ryosuke Takaşima Yaponiya tarixində ən gənc mer oldu. Keçən il o, Harvard Universitetini ekologiya mühəndisliyi üzrə bakalavr dərəcəsi ilə bitirib. Mayın 1-dən Takaşima Hyoqo prefekturasının Aşiya şəhərinin meri vəzifəsini icra edəcək. “Gənc olduğum üçün şəhərlilərin məni özlərinə daha yaxın hiss etmələri ehtimalı var. Siyasətdə heç bir təcrübəm olmadığı üçün başa düşmədiklərimi […]