Hindistanın Maharaştra ştatındakı Milli Virusalogiya İnstitutunun alimləri ölkədə daha bir ölümcül virus aşkar ediblər. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Nipah adlanan virus yarasalarda müşahidə olunub. Lakin onun heyvanların ağız suyunun dəydiyi meyvələri yeyən insanlara da keçməsi mümkündür. “Nipah” beyin damarlarının iltihabı və ya respirator xəstəliklər yaradır. Virus insanlara xəstə heyvanların ağız suyunun meyvələr üzərinə […]
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında Ermənistanın Qarabağda gedən döyüşlərdə Suriya ermənilərinin muzdlu kimi hərbi əməliyyatlara cəlb edilməsindən yazıb. “Qanunsuz məskunlaşma müharibə cinayətidir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binadan müsadirə olunan sənədlər Ermənistanın qanunsuz məskunlaşma siyasətini davam etdirdiyini və Suriya ermənilərindən muzdlu kimi istifadə etdiyini […]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. Hərəkətdə olan “KIA Srento” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az