Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda qətl törətməyə cəhd etməkdə təqsirləndirilən Ramin Təhməzovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay […]
Təbrizin “Səhənd” stadionunda keçirilən futbol oyununda Güney Azərbaycanın “Traktor” milli futbol komandasının azarkeşləri ana dilində təhsilə icazə verilməsi tələbi ilə şüarlar səsləndiriblər. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, videolar sosial şəbəkələrdə Təbriz klubunun fan hesablarında yayımlanıb. Azarkeşlər bir neçə dəqiqə dayanmadan “Yaşasın Azərbaycan!”, “Türk dilində məktəb olmalıdır hər kəsə!” şüarları səsləndiriblər. Xeberal.az
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı “Facebook” hesabında paylaşım edib. Paylaşımda deyilir: “15 iyun – Milli Qurtuluş Günüdür. 1993-cü ildə Azərbaycan xalqının istəyi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətimizin birliyinin, ölkəmizin hərtərəfli inkişafının təməlini qoydu. Bütün Azərbaycan üçün əlamətdar olan bu gün münasibətilə xalqımızı […]