Bakının məşhur hotellərindən sayılan “Excelsior” məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib. Belə ki, “Excelsior”un rəhbərliyi az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təsdiqini taparsa, bu zaman “Excelsior”u inzibati xətanın bilavasitə obyekti olmuş […]
Minimum pensiyanın artırılması Naxçıvan Muxtar Respublika (MR) üzrə ümumilikdə 4 600 əmək pensiyaçısına şamil ediləcək. “Report” xəbər verir ki, bu barədə MR-in Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan […]
İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərşəkər” MMC arasında buğdanın dərin emalı layihəsi üzrə birgə investisiya imkanını araşdırmağa dair Anlaşma Memorandumu imzalanıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, layihə yerli istehsalın inkişafına və idxaldan asılılığın azalmasına mühüm təkan verəcək. Azərbaycan İnvestisiya Şirkəti ASC (@AIC_OJSC) və […]