İqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya və Herseqovinanın baş naziri Fadil Novaliç ilə görüşüb. Bu barədə nazir öz “Facebook” hesabında paylaşım edib. “Prezident İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işgüzar səfərdəyik. Baş nazir Fadil Novaliç ilə görüşdə iqtisadi münasibətlərin inkişaf perspektivləri barədə müzakirələr apardıq”, – deyə o qeyd edib. Xeberal.az
“Məhkumların qida təminatı Nazirlər Kabinetinin qərarına uyğun olaraq çeşidlənib. Bu istiqamətdə biz pilot layihə həyata keçiririk”. Oxu.Az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov Bakının Umbakı qəsəbəsində inşa edilən yeni müasir penitensiar kompleksinə təşkil olunan mediatur zamanı deyib. O bildirib ki, layihə Dövlət Turizm Agentliyinin (DTA) Milli Kulinariya Mərkəzi […]
“Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində […]