“Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının əraziləri üzrə mina xəritələrinin əldə edilməsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharətinin növbəti əyani təzahürü, Azərbaycan diplomatiyasının daha bir uğurudur. Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan […]
Şahdağda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, asfaltın buz bağlaması nəticəsində hərəkətdə olan mikroavtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Həmin görüntüləri təqdim edirik: Xeberal.az
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un sonuncu mərhələsi olan “Sinkfild Kuboku”nda ilk qələbəsini qazanıb. “Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib. Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq. Qeyd […]