İdman

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Sharing is caring!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un sonuncu mərhələsi olan “Sinkfild Kuboku”nda ilk qələbəsini qazanıb.

“Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.

Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

Qeyd edək ki, hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir