Yəmən sahillərində İsrail şirkətinə məxsus ola biləcək tanker qaçırılıb. Bu barədə “Ambrey” dəniz təhlükəsizliyi şirkəti məlumat yayıb. Şirkətin verdiyi məlumata görə, “Zodiac Maritime”in operatorunun idarə etdiyi “Central Park” gəmisi Ədən körfəzində hücuma məruz qalıb. Hazırda tankeri kimin qaçırdığı barədə məlumat yoxdur. Qeyd olunur ki, “Zodiac Maritime” gəmisinə hücumun quldurlar tərəfindən həyata keçirildiyinə dair şübhələri var. […]
“Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı hələ də müəyyən boşluq və problemlər var”. “Report” xəbər verir ki, bu fikirləri deputat Jalə Əliyeva parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib. Bu sahədə dövlətin apardığı siyasətlə böyük uğurların əldə edildiyini xatırladan deputat bildirib ki, hələ də bu məsələlərlə bağlı onlarla məktub daxil olur: “Təklif […]
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın qadın istehkamçıları ilə bağlı paylaşım edib. Prezidentin köməkçisi paylaşımı “X” hesabında edib. “Azərbaycanın cəsur qadın istehkamçıları fiziki təhlükəsizliyini potensial riskə ataraq insanların həyatını xilas etmək, “ölüm toxumu”nun kökünü kəsmək və bu torpaqları uşaqlar, ailələr və icmalar üçün təhlükəsiz vəziyyətə gətirmək üçün […]