Qazax rayonunda gənc oğlan bıçaqlanıb. “Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 25-də Qazax şəhərinin Bakı küçəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Mahmudov Qoca İlqar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 1997-ci il təvəllüdlü Bayramov Sərxan Teymur oğluna üzərində olan bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
“Kəpəz” yenidən ev oyunlarını Gəncədə keçirməyə bilər. Oxu.Az xəbər verir ki, buna Gəncə şəhər stadionunun ot örtüyünün sıradan çıxması səbəb olub. Premyer Liqanın XXVIII turunda “Səbail”lə qarşılaşmada hər iki komanda üzvləri meydanda hərəkət etməkdə çətinlik çəkiblər. Əldə etdiyimiz məlumata görə, problemin tezliklə həll olunması gözlənilmir. Bu səbəbdən “sarı-göylər”in növbəti ev oyunu – Premyer Liqanın XXX […]
Azərbaycan hərbçisinin humanist addımı sosial şəbəkələrdə gündəm olub. Belə ki, yayımlanan görüntülərdə hərbçimiz işğaldan azad olunan ərazilərimizdəki mənzillərin birində erməniəsilli azyaşlının yerə atılmış fotosunu götürərək kənara qoyub və “bizim heç vaxt erməni əsilli mülki şəxslərlə, o cümlədən qadınlar və uşaqlarla işimiz olmayıb”, – deyə qeyd edib. Hərbçimizin bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb. Həmin görüntüləri təqdim […]