Ata qızının təhsil haqqını ödəmək üçün oğurluq edib. O, evin sahibini öldürərək yenidən həbs olunub. Belə ki, həbsxanadan çıxdıqdan sonra müxtəlif yerlərdə tikintidə fəhlə işləyən Mirzə (Adlar şərtidir) qızı Aysu ilə birlikdə yaşayırdı. Universitetlərdən birində ödənişli əsaslarla təhsil alan Aysu bir gün atasına deyir ki, ödənişi edə bilməsə, onu universitetdən xaric edəcəklər. Mirzə həbsxana həyatından […]
Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüş zamanı, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi üzrə səylər, mümkün növbəti addımlar müzakirə olunub. Ceyhun Bayramov Azərbaycan tərəfindən təqdim edilmiş 5 baza prinsipləri əsasında hazırlanmış sülh müqaviləsi elementləri və Ermənistan tərəfinin şərhləri […]
“2023-cü ildən xammal və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur”. Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, 2023-cü ildə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması da gələn ilin prioritetlərindəndir. Qeyd edək ki, 2023-cü ilin dövlət büdcə layihəsinə əsasən, gələn il […]