ABŞ televiziyasında xəbər aparıcısı canlı yayımda səhvən ABŞ Prezidenti Co Baydeni Ukrayna prezidenti adlandırıb. Hadisə ABŞ-nin BBC telekanalının yayımı zamanı baş verib. Verilişin həmin fraqmenti dərhal internetdə yayılıb. “Ukrayna Prezidenti Co Baydenlə mətbuat konfransında… Ukrayna prezidenti ilə. Co Bayden bildirib ki…”, – deyə aparıcı çaşıb və dərhal öz səhvini düzəldib. Mənbə: life.ru Xeberal.az
“Yaxın vaxtlarda azad edilmiş ərazilərdə Dövlət Komitəsinin xidmət bölmələri istifadəyə veriləcək”. “Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında məlumat verib. O, Dövlət Komitəsinin azad edilmiş ərazilərdə müvafiq xidmət bölmələrini təşkil etmək niyyətində olduqlarını bildirib: “Böyük Qayıdış proqramında bununla bağlı müddəalar var və tərəfimizdən buna uyğun […]
Bu gün bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş (ŞD HPBS) çərçivəsində “Şahdəniz” müqavilə sahəsində yeni bir kəşfiyyat quyusunun (“SDX-8”) qazılmasına başlanılıb. Bu barədə “Report”a “Şahdəniz” yatağının operatoru “bp-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, “SDX-8” quyusu “Heydər Əliyev” yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun “Şahdəniz” […]