Gürcüstanın Marneuli rayonunda ötən gecə küçədə 21 yaşlı Qəhrəman Muradovun meyiti aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı məlumat yayıb. Bildirilib ki, gəncin yaxınları onun qətlə yetirildiyini iddia edirlər. Q.Muradovu sonuncu dəfə görən babası bildirib ki, nəvəsi gecə saat üç radələrində telefon zəngindən sonra evdən çıxıb və bundan sonra gənclə əlaqə itib. […]
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cavid Həsənov və Elsevər Məmmədlinin (soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə qazanclarının 20%-i dövlət nəfinə tutulmaqla Cavid Həsənov 1 il 11 ay 22 gün və Elsevər Məmmədli isə 1 il 6 ay […]
Daxili İşlər Nazirliyi qeydiyyatsız yaşayan vətəndaşların evlərdə cərimə edilməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşın daimi qeydiyyatı varsa, dərhal olduğu yer üzrə qeydiyyata alınır: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən […]