Sharing is caring!
Oxşar Xəbərlər
Laçındakı çörək zavodundan görüntülər – VİDEO
Posted on Author Xeberal.az
AZTV-nin əməkdaşları Laçın rayonunun Sultanlar kəndində yerləşən çörək zavodunda olublar. Çörək zavodunun əməkdaşı Mübariz Şabanzadə bildirib ki, çörək zavodu artıq bir ildir Laçında fəaliyyət göstərir. “Artıq bir ildir burada fəaliyyət göstərib, hərbi qulluqçularımızı çörəklə təmin edirik. Bu hissləri sözlə ifadə etmək mümkün deyil, şərəf və qürur hissi duyuram burada olmaqdan”, – deyə, o qeyd edib. […]
Ata beş yaşlı oğlunu maşınla vurdu
Posted on Author Xeberal.az
Abşeron rayonunda ata 5 yaşlı övladını avtomobillə vurub. “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Vuqar Mehdiyev idarə etdiyi avtomobilini arxaya verərkən ehtiyatsızlıqdan 5 yaşlı oğlu Renat Mehdiyevi vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az
17 mənzili 36 şəxsə satmaqda ittiham olunan MTK rəhbərinə hökm oxunub
Posted on Author Xeberal.az
Azərbaycanda eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda ittiham olunan mənzil-tikinti kooperativinin sədri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son sözlə çıxış edib. Məhərrəm Məhərrəmov çıxışında təqsirsiz olduğunu deyib və məhkəmədən bəraət istəyib. Daha sonra hakim məhkəmə hökmünü […]