Slovakiya Ukraynaya 30 piyada döyüş maşını təhvil verib. Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib. “Almaniya ilə müqavilə çərçivəsində Slovakiyaya məxsus 30 piyada döyüş maşınının Ukraynaya təhvil verildiyini təsdiqləməkdən məmnunam. Gözəl əməkdaşlığa görə Kristina Lambrextə (Almaniya Müdafiə Naziri) təşəkkür edirəm”, – o, “Twitter” hesabında yazıb. Slovakiya nazirinin qeyd etdiyi Almaniyanın himayəsi ilə həyata keçirilən saziş […]
Bu gün Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başlayıb. “Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər. Sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev, M.Akarca, B.Şahin və digər qonaqlar […]
Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ilkin məlumata görə, kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib. Qətlə yetirilən şəxsin Söylən kənd sakini Qaryağdı Abbas oğlu Allahverdiyev olması müəyyən edilib. O, […]