“Azərbaycanda qadın zorakılığı ilə mübarizə, insan alveri qurbanları ilə bağlı məsələyə münasibət bir qədər dəyişsə və dərinləşsə, yaxşı olar deyə düşünürəm. Bu mənada mən Özbəkistan modelini çox bəyəndim”. Bu barədə Oxu.Az-a açıqlamasında “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə ölkədə qadın zorakılığına dair baş verən hadisələrə münasibət bildirərkən deyib. O bildirib ki, Özbəkistan modelində bu kimi məsələlərin böyük yükü […]
Hindistanın “Tata Steel” şirkəti Rusiyadan kömür idxalını dayandırmaq qərarına gəlib. Bu qərarın polad şirkətinin Qərbin sanksiyaları altına düşmək istəməməsi ilə bağlı olduğu bildirilir. Hindistan şirkəti ölkədə kəskin kömür defisitinin olmasına baxmayaraq, Rusiya kömüründən imtina barədə qərar qəbul edib. Hindistanda elektrik enerjisi istehsalının təxminən 70 faizi kömürün payına düşür. Ölkədə bu növ yanacağın ehtiyatı ilin bu […]
Rusiyada əlverişsiz hava hökm sürür. Omsk şəhərində küləyin sürəti 22 m/s-ə çatıb. Sosial şəbəkələrdə bununla bağlı çoxlu kadrlar yayılıb. Görüntülərin birində güclü küləyin maşınları xəndəyə aşırdığı görünür. İnsanlar isə yolu sürünərək keçmək məcburiyyətində qalıblar. Mənbə: “Shot” “Telegram” kanalı Xeberal.az