Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb. “Report” xəbər verir ki, Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizə aparan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası bu gün Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib. Xəritəni Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə – Azərbaycan, ingilis və erməni dillərində […]
Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. […]
Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiya və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin XİN rəhbərlərinin Fars körfəzindəki üç adayla bağlı bəyanatlarına görə etiraz edilib. Qeyd edək ki, bazar ertəsi Moskvada Rusiya və KƏŞ arasında strateji dialoq çərçivəsində xarici işlər nazirləri səviyyəsində danışıqların altıncı mərhələsi keçirilib. Yekunda tərəflər birgə bəyanat və […]