Qusarda meşədə itən kişi polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Məlumata görə, Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, psixi problemləri olan 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində G.Muradov meşənin […]
Qaxda partlayış baş verib, xəsarət alanlar var. Bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib. Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda hadisənin səbəbləri araşdırılır.
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub. “Report”un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb. Beləliklə, İlham Əliyev 92,12 % (4 567 458 səs) səslə seçkilərin qalibi olub. Digər namizədlərin səs faizi aşağıdakı kimidir: Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – […]