Sharing is caring!
Oxşar Xəbərlər
Daha bir ölkədə meymunçiçəyinə yoluxma təsdiqləndi
Posted on Author Xeberal.az
Sinqapurun Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma faktını təsdiqləyib. Qurum virusun ölkəyə xaricdən gətirildiyini bəyan edib. Məlumata görə, xəstəliyin daşıyıcısı bələdçi işləyən 42 yaşlı britaniyalı kişidir. O, hazırda Milli Yoluxucu Xəstəliklər Mərkəzindədir və vəziyyəti sabitdir. Mənbə: gazeta.ru Xeberal.az
Astarada avtomobil körpüdən çaya aşıb: Sürücü ölüb
Posted on Author Xeberal.az
Astarada avtomobil körpüdən çaya aşıb, sürücü ölüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili körpüdən çaya aşırıb və nəticədə suda boğularaq ölüb. Astara Rayon Polis Şöbəsində araşdırma aparılır. Xeberal.az
Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsi bağlanıb
Posted on Author Xeberal.az
Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb. APA xəbər verir ki, Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar bu gün səhər saatlarından yolda hərəkət məhdudlaşdırılıb. Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcəklər. Qeyd edək ki, təmirə bağlanan körpü 1967-ci […]