Şamaxı sakini qar təmizləyərkən evin damından yıxılıb. APA xəbər verir ki, rayon sakini, 1979-cu il təvəllüdlü Hümbətov Eyvaz Şeyda oğlu evinin damını qardan təmizləyərkən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Ona ilkin tibbi yardım göstərilib və rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xeberal.az
ASTA (Azerbaijan Sports Talents Academy) rəhbərliyi tərəfindən ölkəyə dəvət olunmuş İspaniyanın dünyaca tanınmış MARCET futbol akademiyasının 2 nəfər təcrübəli mütəxəssisi ölkənin futbol klublarından seçilmiş 2008-2009-cu il təvəllüdlü 51 nəfər yeniyetmə futbolçular arasından adıçəkilən tədris-təlim mərkəzində növbəti 4 il müddətinə beynəlxalq standartlara cavab verən müasir səviyyədə təhsil almaq, habelə Avropa futbolunda sərgilənən unikal bacarıqlara yiyələnmək məqsədi […]