Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Elgün Elşad oğlu Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib. Oxu.Az xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir. Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar. […]
Ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə […]
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə burada yaşayan ermənilər tərəfindən təhdid edilir. Xəbəral.az xəbər verir ki, bu barədə səfirin özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, hazırda İtaliya mətbuatı bu barədə yazır: “İtaliyanın “Il Giornale”, “Kmetro0”, “politicamentecorretto.com”, “Agenzia Nova” və “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələri erməni radikallarının münaqişə tərəflərinin hər ikisinə yer verən italyan juranlistlərinə, […]