Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun 43-cü kilometrliyində, Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsində (Şirvan körpüsü adlanan yerdə) baş verib. Belə ki, “Kamaz” “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “Opel” markalı avtomobildə olan 1960-cı il təvəllüdlü Nuriyev Tofiq Şahbala oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Araşdırma aparılır. Xeberal.az
Çinin cənubundakı Quançjou meqapolisində yeni karantin düşərgəsinin tikintisinə başlanılıb. Düşərgə 87 000 nəfər üçün nəzərdə tutulub. Çində COVID-in yeni dalğası səbəbilə tədbirlər çərçivəsində COVID pasportu statusu qırmızı rəngə dəyişdirilərsə, bu zaman karantin müddətinin sonunadək təcrid olunmaq tələb olunur. Karantin müddətinin nə vaxt başa çatağı barədə səlahiyyətli orqanlar qərar verir. Beləliklə, Çin rəhbərliyi COVID üçün “sıfır dözümlülüyə” […]
Dünyanın məşhur sosial şəbəkələrindən olan “VKontakte” naməlum səbəbdən çöküb. Sayt açılmır. Nasazlıq barədə sosial şəbəkə istifadəçiləri xəbər veriblər. Onların sözlərinə görə lent yenilənmir, nə rəsmi sayt açılmır, nə tətbiq yüklənmir, mesajlar getmir, qruplar açılmır. Nasazlığın hansı səbəbdən baş verdiyi məlum deyil. Qeyd edək ki, “VKontakte” “Runet”in ən böyük sosial şəbəkəsidir. Saytın qurucusu rusiyalı proqramçı Pavel […]