Ana Səhfə Gündəm

Hicran Hüseynovanın müavininə görə camaat küçələrə çıxaraq aksıya keçirdi – FOTOLAR

Sharing is caring!

Bir neçə gün öncə vətəndaş Ziya Əliyev Fəxrəddin oğlu video müsahibəsində Şirvanın keçmiş icra başçısı, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın müavini olan Sədaqət Qəhrəmanovanın halal əmlakını qəsb etdiyini, ziyana saldığını, bu azmış kimi, məhkəmənin ona cərimə ödətdiyini, barəsində cinayət işi açdırdığını, bütün bu qərarların onun sifarişi ilə icra olunduğunu bildirmişdi.
XəbərAl.az  Reportyor.info-ya isitnadən xəbər verir ki, Z.Əliyevin obyektlərinin əlindən alınması ilə bağlı S.Qəhrəmanova ilə saxlayaraq, mövqeyini öyrənmişdi. Komitə sədrinin müavini məsləhət görmüşdü ki, jurnalist gedib araşdırsın:
“Bu məsələnin nə yoldaşıma, nə mənə aidiyyatı var. Mən Şirvanda başçı işləyəndə “Bərəkət” MMC-nin açılışımda iştirak eləmişəm. Onun mübahisə elədiyi adam yoldaşımın qohumudur.
Bu məsələ ilə bağlı məhkəmə qətnaməsi var. Amma mənə dəxli yoxdur. Vəzifədə olduğuma görə indi şantaj edir, ad çəkir. Vəzifədə işləyən adamı şantaj eləmək asandır. Ona görə bir jurnalist göndərin, getsin araşdırsın. Bu mənə atılan böhtandır”.

 

 

Biz də əmlak mübahisəsi ilə bağlı araşdırmanı aparmaq üçün Şirvana üz tutduq. Ora çatanda isə məlum oldu ki, Ziya Əliyevin həmyerliləri onun müdafiəsinə qalxıblar, S.Qəhrəmanovanın qanunsuz hərəkətlərinə etiraz olaraq aksiya keçirirlər.

Aksiya iştirakçıları “Sədaqətə istefa”, “Cənab prezident, bizi Sədaqət Qəhrəmanovanın zülmündən xilas et” şüarları yazılmış plakatlar qaldırmışdılar.
Onlar komitə sədrinin müavini S.Qəhrəmanova ilə polis orqanlarında işləmiş həyat yoldaşı DamədŞəmiyevinZiya Əliyevin əmlakını əlindən almasına etiraz səsini ucaltdılar. Aksiyaçılar S.Qəhrəmanovanı vəzifəsindən istefa verməyə çağırdılar.

Aksiyada prezidentə müraciət olunub, onların səsinə səs verilməsi istənilib, komitə sədrinin müavini barəsində ölçü götürülməsi xahiş edilib.
Aksiyaçılardan biri deyib ki, Z.Əliyev onun qardaşının nəvəsidir: “O Damət ki var, 20 adamın obyektini əlindən alıb. Allah onun evini yıxsın. O vaxt biz Ziya balamıza dəstək verdik, ev tikdik, sonra yaxınlığında çörək sexi düzəltdik. Öz zəhməti ilə işləyirdi.
Mənim bu məsələlərdən xəbərim olmayıb, məhkəmədə öyrəndim ki, balamızın başına nə oyun açıblar. Qardaşımın yeznəsi Fəxrəddin hər ay 8-10 min Sədaqətə pul verirdi.

Özü çörəyi bişirir, öz sexidir, amma onlara haqq verirdi. Bunlar haçan prezidentin qəzəbindən sığortalanıb ki, belə haqsız iş görüblər?
Mən inanmıram ki, prezident bu zülmə dözə. 15 ildir ki, bizim uşaqdan əl çəkmirlər. Daməd bizi hədələyir ki, evinizi də əlinizdən alacağam. Saxta sənədlə 110 min manat yazdırıb götürüblər.

Deməli, Sədaqət Qəhrəmanova “Bərəkətli” MMC açıb. Sonra BMT İnkişaf Fondundan pul alıb. Fondun qrantı hesabına avadanlıqlar gətirib.
Amma həmin yer Ziyanındır. O gündən istifadə edərək həmin yeri saxta sənədlərlə arxiv idarəsində qeydiyyatdan keçirib”.
Aksiyada bildirilib ki, bu gün “Bərəkət” MMC fəaliyyət göstərməsə də, ZiyaƏliyevə haqsız yerə S.Qəhrəmanovanın məhkəmələrə təsiri nəticəsində 12 min manat cərimə ödədiblər:

“İndi yenidən 17 min 300 və 49 000 manat tələb edirlər. Bunu Allah götürməz. Yerdə prezidentimiz, göydə Allahımız, inanırıq ki, bu ədalətsizliyə son qoyulacaq. Qoymayın balamı başına bu zülmü gətirməyə davam eləsinlər”.
Z.Əliyev öz növbəsində cinayət işinin və məhkəmə qərarlarının S.Qəhrəmanovanın sifarişi olduğunu bildirib. O, aksiyaçıların dəstəyinə görə təşəkkür edib və qeyd edib ki, məqsəd haqq səsimizi prezidentə çatdırmaqdır:
“Mənim günahım varsa, cəzamı çəkməyə hazıram. BMT-nin İnkişaf Proqramı üzrə seçkilərlə əlaqədar 3 müəssisə yaranmışdı. Aztəminatlı ailələri işlə təmin etmək nəzərdə tutulurdu.

Birini mənə həvalə elədilər, qohum-əqrəbanın köməyi ilə tikdik. Bir müddət sonra Sədaqət xanımın əri müdaxilələr etməyə başladı.
Bir-iki ay idi ki, işləyirdik, qohumları bizə basqın elədi, söz-söhbət oldu. Məni polisə verdilər ki, guya onları müəssisədə döymüşəm.
Sonra məni məhkəməyə verdilər ki, guya onların obyektindən istifadə eləmişəm. Saxta sənəd hazırlayıb, arxiv idarəsində qeydiyyatdan keçirdilər. Ustalar da məhkəmədə təsdiqləyiblər ki, bu obyekti mən tikmişəm.
Amma məhkəmə qeyri-obyektiv qərar çıxardı. Onların Bakıda, Şirvanda obyektləri var, milyonları var. Bu yerə ehtiyacları yoxdur.
Sadəcə, qərəzli şəkildə edirlər ki, sizi evsiz-eşiksiz qoyacağıq. Tələbim odur ki, istintaq başladılsın, düzgün araşdırılsın, günahım varsa cəzamı çəkməyə hazıram”.

Qeyd edək ki, Azərbaycanda bu il heç bir əyalətdə belə səs-küylü etiraz aksiyası olmayıb. Amma komitə sədri Hicran Hüseynovanın müavini Sədaqət Qəhrəmanovaya görə camaatı ayağa qalxıb.
Onu da deyək ki, keçirilən aksiya və Z.Əliyevin dedikləri ilə bağlı S.Qəhrəmanovaya bir daha telefon açdıq. Komitə sədrinin müavini Reportyor.info-ya qısa açıqlamasında barəsindəki deyilənləri rədd etdi.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir