Ana Səhfə Mədəniyyət

Nübar Lətifli ….Kiməm mən???

İ.V. HÖTENİN “Gənc Verterin iztirabları” əsərində Verter obrazı ilə təsirlənərək qələmə alınıb…

Özümün axtarışına çıxmışam. “Kiməm mən?” Buna ən dahilər belə cavab verə bilməzkən mən nə cavab tapa bilərəm, inan ey dost. Heç özüm də bilmirəm. Düşüncələr isə məni heç də yaxşı bir kimsə olaraq göstərmir. Ən birincisi yaradılışın qeyri- ixtiyari seçimi insan. İnsanam??? İnsan olmaq heç də marağımda deyil. İki ayaq üzərində gəzən bir canlı; işi nəfəs alıb- vermək olan, başqa nəfəs alıb verənlərdən şüuru ilə fərqlənməli bir canlı. Şüur nədir soruşsam yəqin səfeh hesab edərsiz məni. Amma göründüyü qədər şüurluda deyiləm yəqin. Heç kəs şüurlu deyil əslində. Heç ömür də şüurlu olmağımıza imkan vermir. 60- 70 dəqiqəyə sığan bir ömr nədir ki? Bəlkə də bir az çox və ya tam əksi. 6 aylıq bir ömrü olan bir quşam, bir neçə günlük açmış bir çiçək. Sadəcə bir günə ömrünü sığdıran kəpənək… İllər sürər deyib başladığımız, lakin həyatdan qısa olan bir sevgiyəm. Əslində bunlar olmaq insan olmaqdan daha gözəldir,ey dost. İnsanam? Yaxşılığa yaxşılıq düşünməyən, pisliyə alçaqlıqla cavab verən insan. Hər şeyi məhv edən, havanı, suyu, heyvan, bitki və hətta insanı məhv edən- insan. Ən acınacaqlısı özünü məhv edə bilən- insan. Zalımlığı, yırtıcılığı heyvandan, ən vəhşidən betər- insan. Vampir dedikləri hər ürəkdə, hər qəlbdə yatan- insan. Belə olmağı kim istəyər?

Mən insan deyiləm. Bu saydıqlarım və saymadıqlarımı daşımamaq üçün insan deyiləm. Siz insan desəz də, fizioloji, bioloji, psixoloji o olsam da, mən deyiləm. Əsas olan elə mən olaraq nə istəməm, nə olmamdır, nəyi necə hiss etməmdir. Mənən mən insan olmaqdan bir böcək olmağı tərcih edirəm. Bir günlük, yarımgünlük, bəlkədə insan tərəfindən yarımçıq buraxılmış ömrü olan bir məsum böcək. Yaradılış xisləti nəyisə təmizləmək, tənzimləmək olan bir böcək. Ən əsası bir ağac və ya ayaqlar altında tapdanan, əzilən, üzərinə düşünə biləcəyimiz hər bir şey edilə bilən ot olmaq istəyirəm. Hər nəfəs alışında həyat verən bir bitki. Kiməm və kim olmaq istəyirəm? Görünüşdə elə ciddi bir şey etməyən, əslində mövcudiyyətimiz olan quru torpaq olmaq istəyirəm. İstəyirəm??? Həqiqətən bunu istəyirəmmi? Hər şey olmaq istəyim ciddi, amma torpaq olmaq istəyim şüursuz və ya tərəddüdlü. Deyəsən, tapdım sualıma cavabı. İnsanam! Qəbul eləmək istəməsəm də insan. Həyata vurğun olan, özünə vurğun olan. Qəddarlığa səmimiyyətdən çox bağlı, kədərə sevincdən çox qapılan, yalançı təbəssümə gerçəkci göz yaşından çox aludə olan, sevgiyə sevmədən, anlamadan can atan, insanların belə rahatlıqla canına, qanına bais olabilən insan. Dünyanı var qüvvəsi ilə məhv etməyə can atan. Ən kiçik üzüntü də özünə qəsdi düşünsə də, torpaq olmağı istəməyən və sonunda torpağa qarışan insan! İnsan həmişə üzərində gəzdiyi

torpağın altına girmək istəmir. Nələri də qurban versə istəmir. Budur insanı əsas insan edən!

İstəyənlərə və bunu edənlərə isə insan demir şərəfsizcəsinə. Mən tapdım sualıma cavabı… Kiməm mən? Qara torpaq! Ondan yaranıb və yenidən qarışacağımız TORPAQ!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir