Ana Səhfə

AZƏRBAYCANIN TƏŞƏBBÜSLƏRİ BEYNƏLXALQ MİQYASDA DƏSTƏKLƏNİR

Sharing is caring!

Prezident İlham Əliyev Fransanın “France-24” telekanalına müsahibəsində Bakı-Paris siyasi münasibətlərindəki gərginliyin azaldılması üçün xoşməramlı bəyanatlar da ön planda idi.Bununla yanaşı Prezident Parisi ATƏT-in Minsk Qrupunun həmsədri mandatından kənara çıxaraq Ermənistanın tərəfini tutduğunu da xatırlatdı.Məsələ burasındadır ki, bu mövqe Parisin sülh tərəfdarı olmaması anlamına da gəlmir, Bakı düşünür ki, Fransa regionda sülhü, sabitliyi və təhlükəsizliyi arzulayır.
Prezident İlham Əliyev öz müsahibəsində Fransanın mövqeyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik.Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq.
Cənab Prezidentəhər dəfə sual edirlər: necə oldu ki, Azərbaycan müharibəyə girişmək qərarını qəbul etdi. Prezident bu sualları həmişə sərrast cavablandırıbSon vaxtlar Ermənistanın bizə qarşı təxribatları müntəzəm xarakter almışdı. Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Çünki 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlayan bir dövlət yeni savaşa çıxmaq fikrində olursa, bu, çox ciddi araşdırılmalıdır ki, bunun səbəbi nədir.
Dövlətimizin başçısı sözünün təsdiqi olan addımların göz qabağında olduğunu bildirərək deyib: “Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi. Ancaq biz dövlət sərhədini keçmədik. Yəni, sadəcə olaraq, onları girdikləri Azərbaycan ərazisindən çıxardıq və bir neçə gün davam edən toqquşma sona çatdı. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər. Bir il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasında çıxış edərkən mən demişdim ki, Ermənistan yeni savaşa hazırlaşır. Üç gün sonra artıq yenidən bizim mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə tutulmuşdu, yenə də şəhidlər verdik və mənim əmrimlə genişmiqyaslı əks-hücum əməliyyatına başladıq və bildiyiniz kimi, bu əməliyyat böyük Zəfərlə nəticələndi”.
Prezident İlham Əliyev qeyd edib ki, bir il əvvələ qayıdarkən, bütün bu prosesləri hadisələri daha da dəqiq təhlil etmək imkanımız olur və görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.
Mirsüleyman Mirxaslı, YAP Cəlilabad rayon təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir