Ana Səhfə

BMT Baş katibi: “Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır”

“Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterriş tviter səhifəsində Ümumdünya Təmiz Hava Günü münasibətilə paylaşımında yazıb.

“Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır. Bu, hər il təxminən 7 milyon insanın erkən ölümünə səbəb olur. İndi qərarlı şəkildə hərəkətə keçməsək, bu rəqəm 2050-ci ildə iki qat arta bilər. İnsanları və planetimizi qoruya bilmək üçün nəfəs aldığımız havanı təmizləmək uğrunda birlikdə çalışaq”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir