Ana Səhfə Ölkə

Dünya uşaqların gözü ilə-2″ adlı tədbiri baş tutacaq

“Dünya uşaqların gözü ilə-2” adlı tədbiri baş tutacaq
XəbərAl.az bildirir ki, 9-15 yaşlı uşaqların müxtəlif mövzularda öz fikirlərini bölüşəcəyi “Little Voice Azerbaijan” layihəsinin “Dünya uşaqların gözü ilə-2” adlı tədbiri baş tutacaq.
Artıq 2 ildir ki, həyata keçirilən layihənin əsas məqsədi uşaqlar arasında istedadlı şəxslərin aşkar edilməsi, onların nitq qabiliyyətlərinin inkişafına dəstək göstərərək sabahın gənc spikerləri kimi formalaşması və ümumillikdə cəmiyyətdə sağlam ruhlu gənc istedadların üzə çıxarılmasına, yetişməsinə dəstək göstərməkdən ibarətdir.
Tədbirdə tamaşaçı qismində iştirak üçün qeydiyyatdan keçmək mütləqdir: https://goo.gl/o4dpQu
Gəlin, bir günlük də olsa, dünyaya uşaqların gözü ilə baxaq!
Qeyd edək ki, layihə ABŞ-ın Azərbaycandakı səfirliyi, Engineering For Kids, Kürdəmir Amerika Mərkəzi, “TEAS Press” nəşriyyatevinin “3 alma” uşaq ədəbiyyatı və NİNKA cards tərəfdaşlığı ilə həyata keçirilir.
Tədbir 2 dekabr, saat 12:00-da, Bakı Oksford Məktəbində baş tutacaq.
Gözlərimə diqqətlə baxan insanlar – ürəyimə toxunurlar…