Goranboyda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zeyvə kəndinin yaxınlığında qeydə alınıb. Minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Yusif İbrahimov hadisə yerində ölüb. 1991-ci il təvəllüdlü Rəşad Məhərrəmov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xeberal.az
Ukrayna ilə Rusiya arasında danışıqların bərpası yalnız işğalçı ölkənin bir neçə mühüm taktiki məğlubiyyəti şərti ilə mümkündür. Əks halda, Rusiya danışıqlardan imtina edəcək və ya tərəfləri aldatmağa çalışacaq. Bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib. “Təəssüf ki, bu gün Rusiya ilə razılığa gəlmək mümkün deyil. Rusiya […]
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. AZƏRTAC xəbər verir ki, yanvarın 17-də Davosda dövlətimizin başçısının Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşü olub. Xeberal.az