Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Buzovna qəsəbəsində avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İlham Xalıq oğlu Məmmədovu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Bolqarıstanda keçirilən yeniyetmələr arasında Dünya Şotokan Çemionatını 63 və 70 kiloqram çəki dərəcələrində Azərbaycan təmsilçisi Rafael Zeynalov qazanıb. Oxu.Az xəbər verir ki, turnir çərçivəsində o, altı döyüş keçirərək bütün rəqiblərindən üstün olub. Qeyd edək ki, Rafael həm də Avropa çempionudur. Onun məşqçisi Rafael Atamov eyni zamanda karate üzrə Azərbaycan millisinin məşqçisidir. Xeberal.az
Xəbəral.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “İrs Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” ictimai birliyinin təşkilatçılığı ilə gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edən “Tarix yazan qəhrəmanlar” layihəsi həyata keçirilib. Bir neçə gün davam edən layihə Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran şəhərlərində icra olunaraq Vətən müharibəsi iştirakçıları eyni zamanda qazilərlə gənclərin görüşü təşkil […]