Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 824 193 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə […]
Avropa Liqasının 1/8 final mərhələsində “Fənərbağça” İspaniyada “Sevilya”ın qonağıdır. Oxu.Az xəbər verir ki, qarşılaşmada xoşagəlməz hal yaşanıb. Matçı izləmək üçün “Ramon Sançes Pisxuan” stadionuna gedən türkiyəli azarkeşlər İspaniya polisinin təzyiqinə məruz qalıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə polislərin azarkeşləri döydüyü görünür. Xeberal.az