“Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasətlə özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib. Ölkəmiz, eyni zamanda, dünyanın müxtəlif qütblərini təmsil edən dövlətlərlə də uğurlu əməkdaşlıq qurub. Bu sırada, təbii ki, Çin də var”. Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Azərbaycan-Çin əməkdaşlığının önəmini xüsusi vurğulayan deputat qeyd edib ki, yeni dünya düzənində […]
İspaniya və Portuqaliyada isti havaların təsirindən 1027 nəfər həyatını itirib. Havanın temperaturunun 40 dərəcəni keçdiyinə görə ölənlərin sayının artmasından narahat olan səhiyyə işçiləri insanlardan zəruri olmadıqca çölə çıxmamağı xahiş edib. Elm adamları son bir neçə gündə qeydə alınan yüzlərlə ölümü iqlim dəyişikliyi səbəbindən artan temperaturla əlaqələndirib. Onlar “səssiz qatil” adlandırdıqları isti dalğasının həssas insanları “vurmağa” […]
“Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır”. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramova deyib. O bildirib ki, 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib: […]