Bakı sakinini 100 manata görə qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radiq Feyziyevə hökm oxunub. “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Rəşad Kərimov 1 il 8 ay, Tahir Ələkbərov 19 il və Radiq Feyziyev isə 20 il müddətinə […]
“2020-ci il Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub”. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib. “Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur. Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb”, – deyə paylaşımda […]
Biləsuvar rayonunda BMW markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə […]