Azərbaycan Respublikasının Audiovizual Şurasının ümumölkə yerüstü radio yayımı üçün elan etdiyi müsabiqənin qalibi olmuş “Yurd” FM radiosu 18 noyabr 2022-ci il səhər saat 8-dən Bakı şəhərində yayıma başlayır. Radiodan APA-ya verilən xəbərə görə, yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkün olacaq. Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 […]
Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin “Facebook” səhifəsi məlumat yayıb. Professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub. […]
Xətai rayonunda ağacların gecə saatlarında kəsildiyi iddia edilib. Bu barədə Cavanşir küçəsi, 116 saylı məktəbin yaxınlığında yaşayan sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar. Bildirilib ki, məktəbin yanındakı parkda tut ağacı gecə saatlarında kəsilib: “Orada olan adamlar müdaxilə etmək istəsə də, əhəmiyyət verilməyib”. Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin […]