Paytaxtda saxlanılan narkokuryerdə beş kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev saxlanılıb. Ondan beş kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. M.Əliyev […]
Bu gün Azərbaycan Respublikasının Xalq artisti, məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin doğum günüdür. Oxu.Az xatırladır ki, Ə.Mustafazadə 1969-cu ildə Bakı şəhərində anadan olub. Onun atası Vaqif Mustafazadə, anası isə Eliza Mustafazadədir. Vaqif Əzizənin bu gün davamçısı olduğu caz-muğam musiqi […]
Qəsdən yanğın törətmə faktının üstü açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, avqustun 19-da FHN-nin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı […]