Son beş il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb. “Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib. Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 %-dək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb. “Azərbaycan dövlətinin siyasətində məşğulluq ana […]
Prezident İlham Əliyev cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında bəyan etmişdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli […]
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Çinə ilk dövlət səfəri zamanı inkişaf etməkdə olan ölkələri beynəlxalq ticarətdə öz valyutalarının xeyrinə dollardan imtina etməyə çağırıb. O, BRİKS ölkələri qrupuna (bura Braziliya və Çindən əlavə Rusiya, Hindistan və Cənubi Afrika Respublikası daxildir – red.) dolların hökmranlığına son qoymaq məqsədilə ticarətdə istifadə üçün öz alternativ valyutalarını inkişaf […]