“İraqın İslam Müqaviməti” şiə hərəkatının silahlıları Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasına hücum edib. Qeyd olunur ki, bu, son bir neçə gün ərzində İranın proksi qüvvələrinin ABŞ-nin hərbi bazasına beşinci hücumudur. Hələlik Birləşmiş Ştatlar administrasiyası məlumatı şərh etməyib. Mənbə: Al Mayadeen Xeberal.az
Anadolu magistralının Kocaeli hissəsində 23 avtomobilin iştirakı ilə 7 ayrı yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar səbəbiylə İstanbul istiqamətinə nəqliyyatın hərəkəti dayandırılıb. Məlumata görə, yol-nəqliyyat hadisələri nəticəsində 11 nəfər yaralanıb. Bildirilir ki, zəncirvari qəzalar 2 sərnişin avtobusu, 13 minik avtomobili, tur avtobusu, yük maşınları, pikap və 2 yüngül ticari avtomobilin iştirakı ilə baş verib. Əraziyə çox […]
İmişlidə qanunsuz olaraq ov edən şəxs aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti (DİN) məlumat yayıb. Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı axşam saatlarında Araz çayının rayonun Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində müvafiq icazə olmadan qanunsuz […]