“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi Fransanın “Dijon” komandasından Yassin Benzianı transfer edib. “Köhlən atlar” 29 yaşlı hücumameylli yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb. Əlcəzair millisinin sabiq üzvü ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb. Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində “Lion”, […]
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfəri çərçivəsində Ankarada 1 milyard dollarlıq sazişlər paketi imzalanıb. O, bu barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib. Tokayev Türkiyəni çox mühüm strateji tərəfdaş adlandırıb və Ərdoğanı Qazaxıstana səfərə dəvət edib. Sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları bir müddət stolüstü tennis oynayıblar. Qeyd edək […]
“Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” beynəlxalq hava limanında mövcudluğu hakim Vətəndaş Sazişi Partiyasının gündəmindədir”. Bu açıqlama ilə Ermənistan parlamentinin “Vətəndaş Sazişi” fraksiyasının katibi Artur Ovanisyan çıxış edib. “Cəmiyyətin əksəriyyəti kimi, biz də bu məsələdən narahatıq”, – deyə Artur Ovanisyan vurğulayıb. O əlavə edib ki, hazırda Rusiya sərhədçilərinin hava limanındakı xidməti fəaliyyəti ətrafında müzakirələr aparılır, nəticəsi barədə səlahiyyətlilər vətəndaşları […]