Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızın Avropa çempionatında möhtəşəm uğur qazanması münasibətilə özünün “Twitter” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının paylaşımında deyilir: “Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. […]
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. AZƏRTAC xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və […]
“Ötən dövr ərzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) ölkələri iqtisadi sabitliyin təmin edilməsində mühüm uğurlar əldə ediblər”. “Report” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov noyabrın 24-də Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışında deyib. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində SPECA Mərkəzi Asiya regionunda iqtisadi sabitliyin möhkəmləndirilməsinə və infrastrukturun inkişafına […]