Kreml Ukrayna hadisələri ilə bağlı Moskva və İrəvanın mövqelərinin fərqli olduğunu təsdiqləyib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O, bir müddət əvvəl Ukraynadakı vəziyyətlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edib. “Həqiqətən, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral əks baxışlarımız var. Bu, sirr deyil. Bu, […]
Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağıtəzyiqli qaz xətləri yararsız hala düşüb, 3 000 abonentin qaz təchizatında […]
Şuşa şəhərində indiyədək 7 tarixi abidə bərpa olunub. Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, Şuşanın yeni Baş planı hazırlanıb, şəhərdə 20-25 min insanın məskunlaşması nəzərdə tutulur. Aydın Kərimov qeyd edib ki, insanların məskunlaşması üçün 24 binanın tikintisi nəzərdə tutulur. Xeberal.az