“Ermənilər qarşımızda diz çökdülər”. Bu sözləri Baku TV-yə açıqlamasında qazi Məhəmməd Xuduzadə deyib. “Tankları, topları Hərbi Qənimətlər Parkında görmək insana xoş gəlir”, – deyə M.Xuduzadə qeyd edib. İkinci Qarabağ müharibəsinin veteranı Kamal Əzimov isə bildirib ki, biz haqlı mübarizənin qalibləriyik: “Bunu artıq bütün dünya gördü”. Ətraflı süjetdə: Xeberal.az
Bakı-Horadiz yolunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, baş verən qəzada mikroavtobus yük avtomobili ilə toqquşub. Xəsarət alanlar barədə məlumat yoxdur. Hadisənin baş verdiyi ərazidən görüntüləri təqdim edirik: Xeberal.az
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa Parlamentində təşkil olunan “Avropa və Asiya arasında dayanıqlı nəqliyyat əlaqəsi üçün yeni baxışlar və imkanlar” mövzusunda dəyirmi masada iştirak edib və Zəngəzur dəhlizi barədə məlumat verib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Tədbirə Avropa Parlamentinin üzvləri, Avropa Komissiyasının, Avropa Xarici […]