Çinlilər ay təqvimi ilə yeni ili qeyd edirlər. Bu, COVID-19 pandemiyası məhdudiyyətlərindən sonra ilk yeni ildir ki, çinlilərin ölkə daxilində sərbəst səyahət edə biləcəklər. Hazırda Çində bayramlarla əlaqədar bəzi restoranlar, banklar, mağazalar bağlanıb, dövlət idarələri tətilə çıxıb. Yalnız polis, yanğınsöndürənlər və digər fövqəladə hallar xidmətində çalışan şəxslər işə çıxıblar. Mənbə: TASS Xeberal.az
Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır. Yenisabah.az-ın bu gün Bakı bazarlarında monitorinq aparan əməkdaşı qiymət artımının səbəbləri ilə maraqlanıb. Satıcılar ətin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər. Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə […]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb. Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir. Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub. Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə […]