AKTUAL

Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır

Sharing is caring!

“Ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, bu ilin əvvəlində ölkə başçısının imzaladığı sosial paketi çərçivəsində 3 milyondan çox vətəndaşın gəlirləri artmışdı: “Amma bu paketin imzalanmasından sonra qeyd olunmuşdu ki, bu son deyil və il ərzində yeni artımların olacağının şahidi olacayıq. Artıq ötən gün ölkə başçısı növbəti sosial paketin icrasına sərəncam vermişdir. Sərəncama uyğun olaraq ölkədə minimum əmək haqqı 70 manat artıralaraq 250 manata çatdırılması nəzərdə tutulur. Minimum əmək haqqının və dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarının artırılması ilə bağlı imzalanmış növbəti sərəncamlar da ümumilikdə 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcəkdir. Bu da hər bir ailənin büdcəsini artmasıdır. Minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə, Azərbaycan MDB məkanında ikinci yerdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.