Azərbaycanda institut direktoru vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti məlumat yayıb.
Bildirilib ki, universitetin nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycanın Milli Elmlər Akademiyasının müxbir üzvü Elmira Ramazanova vəfat edib.
O, 86 yaşında dünyasını dəyişib.