İmişlidə dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların pullarını mənimsəyən Beyləqan rayon sakini Hüseyn Həsənov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, H.Həsənov bir nəfər qohumunun etibarından istifadə edərək ona üzləşdiyi problemim həlli […]
Tərtər Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində körpü-tunel tikintisi ilə məşğul olan təşkilata məxsus traktor qazıntı işləri zamanı orta təzyiqli qaz xəttini zədələyib. “Azəriqaz”dan XeberAl.az-a verilən məlumata görə, yaranmış vəziyyətə görə saat 15.30-dan etibarən 12 kəndin qaz təchizatı dayandırılıb.
Naxçıvan MR-də qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2,3 dəfə artıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 980 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə […]