AKTUAL manset

Ağdamın icra başçısı da narahatdır… – İDDİA

Sharing is caring!

Ağdamın icra başçısı Vaqif Həsənovun da durumu ürəkaçan deyil. Bu barədə Xəbəral.az-a hökumətdəki mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, rayondan artan şikayətlər nəhayətdə müvafiq dövlət qurumlarını bu rayonla bağlı araşdırmaların aparılması qərarına gətirib.

Mənbənin Xəbəral.az-a söylədikləri: “Demirik ki, DTX Ağdamda da anoloji əməliyyatlardan birini keçirə bilər. Amma hazırki durumda Vaqif Həsənovla bağlı “yuxarılarda” olduqca neqativ qənaət mövcuddur və bu da yekunda hansısa cəza tədbiri ilə nəticələnə bilər”.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir