İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə 10 ailə köçürülüb. Ümumilikdə isə 40 ailənin Ağalıya köçü planlaşdırılır. Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərə köçürülənlər üç il müddətinə sosial yardım paketlərindən yararlana biləcəklər. Bəs ağalıların adaptasiya müddətində müəyyən çətinlikləri nəzərə alınaraq, kommunal xərclərdən azad edilməsi gözlənilirmi? Məsələ ilə Ağalı kənd icra nümayəndəsi Gəray Hüseynov Modern.az-a danışıb. G.Hüseynov bildirib ki, köç […]
“20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir”. “Report” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib. Onun sözlərinə görə, Azərbaycan FHN-in xətti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, ərzaq məhsullarının göndərilməsi həyata keçirilir: “Sentyabrın 22-də hər birinin tutumu […]
Qax rayonunun Qaratala kəndində yerləşən təhsil ocağı yararsız vəziyyətdədir. Belə ki, sinif otağında döşəmə və tavan bərbad vəziyyətdədır. Həmçinin, burada otaqların qapısı da yoxdur. Valideynlərin sözlərinə görə, məktəbə qış aylarında soyuqdan, yayda isə ilanlara görə yaxın durmaq mümkün deyil. Onlar övladlarını məktəbə göndərməyə qorxduqlarını bildiriblər. Daha ətraflı İTV-nin süjetində: Xeberal.az