UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.
“Report”un məlumatına görə, 10 oyunun hamısı eyni gündə baş tutub.
Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçdə “Malmö”yə 1:3 hesabı ilə uduzub.
“Fənərbağça” isə Avstriyada “Austriya” (Vyana) komandasına qalib gəlib – 2:0.
“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu məğlub edib.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
18 avqust
HİK (Finlandiya) – “Silkeborq” (Danimarka) – 1:0
Qol: Devid Braun, 80
Qırmızı vərəqə: Andre Çalişir, 68 (“Silkeborq”)
“Ferentsvaroş” – “Şemrok Rovers” (İrlandiya) – 4:0
Qollar: Karlos Auski, 13. Adama Traore, 35; 48. Eldar Çiviç, 90+3
“Sürix” (İsveçrə) – “Harts” (Şotlandiya) – 2:1
Qollar: Adria Gerrero, 32. Blerim Cemayli, 34 – Lourens Şeklend, 22 (penalti)
“Malmö” (İsveç) – “Sivasspor” (Türkiyə) – 3:1
Qollar: Musatafa Zeydan, 18. Anders Kristiansen, 37. Niklas Moysander, 68 – Leke Ceyms, 30
“Apollon” (Kipr) – “Olimpiakos” (Yunanıstan) – 1:1
Qollar: Rangelo Yanqa, 18 – Xvan In Bom, 29
“Pünik” (Ermənistan) – “Şerif” (Moldova) – 0:0
“Lüdoqorets” (Bolqarıstan) – “Jalgiris” (Litva) – 1:0
Qol: İvan Tatomiroviç, 2 (avtoqol)
Qırmızı vərəqə: Donatas Kazlauskas, 90+4
“Dnepr-1” (Ukrayna) – AEK (Larnaka, Kipr) – 1:2
Qollar: Aleksandr Svatok, 90 – Omri Altman, 16. Aleksandr Svatok, 29
Qırmızı vərəqə: Eduard Sarapi, 90+4
“Gent” (Belçika) – “Omoniya” (Kipr) – 0:2
Qollar: Haralambos Haralambus, 20. Brendon Barker, 76
“Austriya” (Vyana, Avstriya) – “Fənərbağça” (Türkiyə) – 0:2
Qollar: Coşua Kinq, 8. Serdar Dursun, 89
Qırmızı vərəqə: Lukas Qalvan, 83 (“Austriya”)
Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 25-də olacaq.
Xeberal.az