İdman

Donald Gerye: “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq”

Sharing is caring!

“Klub 2017-ci ildəki kimi, qrup mərhələsinə vəsiqə qazanacaq. Onlar bunu bacaracaqlar”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Donald Gerye keçmiş komandasının Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu barədə danışarkən deyib.

Hazırda Kiprin “Olimpiakos” (Nikosiya) klubunda çıxış edən 33 yaşlı oyunçu “köhlən atlar”ın avrokuboklardakı əvvəlki matçlarının hamısını izlədiyini bildirib.

Gerye 2017-ci ildə eyni turnirdə Danimarka “Kopenhagen”inə qalib gəldikləri pley-off görüşünü də xatırlayıb:

“Həmin anları unutmaq olmaz. Bu, futbolçular, Azərbaycan xalqı və xüsusən də qarabağlılar üçün xüsusi gün idi”.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir